Bakıda Kəlbəcər yürüşü keçirilir – FOTObackend

Kəlbəcərin işğaldan azad edilməsi Bakıda qeyd edilir.

“Yeni Gündəm” musavat.com-a istinadla xəbər verir ki, bu dəqiqələrdə Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar “Qarabağ Azərbaycandır” şüarı səsləndirirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.