Bakıdan Şimali Kipr Türk Cümhuriyyətinə yeni reyslər açılırbackend

Bakıdan KKTC-yə Antaliya üzərindən təyyarə reysləri açılacaq.

“Yeni Gundem” xəbər verir ki, məlumatı ölkənin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç Bakıda keçirilən mətbuat konfransında deyib.

Serhan Aktunc bildirib ki, ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, KKTC-yə səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır.

“2011-ci ilə qədər Azərbaycandan Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edənlərin sayı daha çox olub.Azərbaycanda Quzey Kıbrısı çox gözəl tanıyırlar. Bakıya gəlişim zamanı bunları görmək çox xoş oldu mənim üçün. Kıbrıs türk xalqı və Azəraycan xalqı təxminən eyni acıları yaşayan iki xalqdır. Siz də soyqırımın acılarını yaşamasınız, Kıbrıs türkləri də. Bu baxımdan xalqlarımızın bir-birinə bu yaxın olması təbiidir”, – o deyib.

Müşavirin açıqlayıb ki, Bakıdan KKTC-yə Antalyadan uçuşlar həyata keçiriləcək. Müşavir bildirib ki, aprelin 19-dan başlayaraq bu uçuşlarun həyata keçiriləməsinə başlanılacaq.

“Quzey Kıbrıs iqtisadiyyatının əsasını turizm və təhsil gəlirləri təşkil edir. O, ümid etdiyini bildirib ki, bundan sonra Azərbaycandan Quzey Kıbrısa səfər edən azərbaycanlı turistlərin sayı artacaq”,- deyə o qeyd edib.