BP şirkətinin təşkilatçılığı ilə tələbələr üçün 2020-ci il üzrə işə qəbul proqramının “Məlumatlandırma Günü” tədbiri keçirilib.
AzTU-dan “Yeni Gundem” e verilən məlumata görə,tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) Proseslərin avtomatlaşdırılması, Elektrik, Mexanika, Elektroenergetika mühəndisliyi ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri iştirak edib.
Proqramın əsas məqsədi texniki sahə üzrə təhsil alan tələbələrin BP şirkətində işlə təmin olunması, onların uğurlu karyera imkanlarını genişləndirmək məqsədi ilə beynəlxalq təlimçilər və mütəxəssislər tərəfindən ixtisaslı kadr kimi hazırlanmasıdır. Tədbirdə şirkətin iş imkanları və seçim prosesi haqqında daha ətraflı məlumat verilib, BP-nin işə qəbul proqramını uğurla bitirərək işlə təmin olunan məzunların “Uğur hekayələri ” izlənilib.
Hazırda AzTU-nun bir sıra ixtisasları üzrə təhsil alan buraxılış qrupu tələbələri BP-nin işə qəbul təcrübə proqramı təlimlərində iştiraklarını davam etdirirlər. Şirkət proqramı bitirən tələbələrə uyğun vakansiyalar üzrə iş təklif edəcək.