Bu nazirliyin işçilərinin say həddi azaldıldı – SƏRƏNCAMbackend

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi” və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” 14 iyul 2010-cu il 14 iyul tarixli sərəncamında dəyişiklik edilməsi barədə” 3 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.

“Yeni Gündəm” xəbər verir ki, dövlət başçısı bu məqsədlə yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, nazirliyin işçilərinin sayı həddi 207-dən 202-yə endirilib, əvəzində nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin işçilərinin say həddi 49-dan 57-yə qaldırılıb.