Çində “Sinovac” vaksininin kütləvi tətbiqinə icazə verildibackend

Çində “Sinovac” şirkətinin istehsalı olan koronavirus peyvəndinin kütləvi tətbiqinə icazə verilib.

“Yeni Gündəm” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Milli Əczaçılıq Məhsulları İdarəsi “Coronavac” adlı vaksinin təcili istifadə çərçivəsində risk qruplarından başqa, ümumi əhaliyə vurulması üçün şərtli satış icazəsinin verildiyini açıqlayıb.

Beləliklə, vaksinin kütləvi istifadəsinin önündəki əngəl qaldırılmış olub. Şərtli icazə özündə şirkətin vaksin tətbiq edilərkən təsirləri və mümkün əks-təsirləri ilə bağlı quruma hesabat verməsini ehtiva edir.

Qurum 2020-ci ilin dekabrında “Sinopharm”ın koronavirus vaksininin kütləvi tətbiqinə icazə vermişdi.