Deputat: “Avropa bizdən öyrənməlidir, görün nə qədər xəstəxana, məktəb tikilir”backend

“Başqa vaxt deyirdik ki, nə olardı, büdcədə kənd təsərrüfatına 500 milyon manat ayrılardı. İndi görün hansı səviyyəyə çatmışıq ki, 2022-ci ilin dövlət büdcə layihəsində kənd təsərrüfatına 1 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Deputat bildirib ki, Azərbaycan Avropaya nümunə olmalıdır: “Azərbaycan yeni nəsil müharibə apardı. Ölkədə tikinti, quruculuq işləri gedir, islahatlar aparılır. Avropa bizdən öyrənməlidir, görün nə qədər xəstəxana, məktəb tikilir”, – deyə Eldar İbrahimov əlavə edib.

Eldar İbrahimov qeyd edib ki, büdcədən parlamentin İntizam Komissiyası üçün də xərclərin nəzərdə tutulması lazımdır.