Deputatlığa namizədin Şuşa-Ağdam-Xocali-Xocəvənd rayonlarının seçicilərinə müraciətibackend

Milli Məclisə deputatlığa namizəd olan Vətən Fədaisinin
Şuşa-Ağdam-Xocali-Xocəvənd rayonların seçicilərinə müraciəti

Əziz və dəyərli  Şuşa-Ağdam-Xocali-Xocəvənd  rayonlarının seçiciləri!

Siz seçicilərin mənə qarşı göstərdiyiniz mehriban səmimiyyət, inam və sevinclə mənə göstərdiyiniz etimad əsasında mənim “Qarabağa gedirəm, Qarabağda bizi gözləyən torpaqlarımızı azad etmək üçün gedirəm!” çağırışıma səs verərək sevimli 124 Peyğəmbərlərimizin sayı olan, 124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürdünüz.
Əziz qədir bilən xalqım, mənə göstərdiyiniz yüksək etimada və inama görə Sizlərin hər birinizə dərin sevgilərimlə təşəkkürümü bildirirəm.
Dəyərli seçicilərim təəssüflə bildirirəm ki, 1988-1993-cü illər ərzində, ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 milyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir.
Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından son nəfərədək zorla qovulmuşdur. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır.  Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil.
29 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə dinc əhalimiz hər gün güllə, mərmi atəşləri altında qorxulu, həyəcanlı günlər yaşayaraq, hər gün şəhid verir.
Bu gün erməni işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının beynəlxalq hüquq norma və qanunlara zidd olaraq ermənistan tərəfindən qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, şəhər və kəndlərin, yaşayış məskənlərinin və tarixi abidələrimizin adları dəyişdirilərək guya bu ərazilərin ermənilərə məxsus olduğu haqqında yalanlar uydurulur.
Məhz bu səbəbdən də Sizin təşəbüsünüzü və təkliflərinizi nəzərə alaraq mən qarşımda duran şərəfli misiyamı yerinə yetirmək üçün yenidən, Allah Mühəmməd Ya Əli deyərək, “Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpaqlarımızı azad etmək üçün gedirəm!”şuarı ilə, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən Milli Məclisdən minllərlə Əfqanstan, Qarabağ, Silahlı Qüvvələrinin veteranları, qaziləri və ehtiyyatda olan zabit qardaşlarımla Qarabağa yola çıxaraq, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün gedirik. Hansı ki, bunu 25 ildirki ki, mənimlə bərabər minlərlə Fədai qardaşlarım, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrini səbirsizliklə gözləyərək əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşə getməyə hazırdılar və bu əmri səbirsizliklə gözləyirik.
Biz nəinki Qarabağı, bütün itirilmiş torpaqlarımızı birləşdirmək uğrunda müqəddəs bir yola çıxmalıyıq.   Bu yol artıq başlamışdır!
Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq!
Bu yol müstəqil Azərbaycan yoludur!  Allah bu şərəfli yolda və qarşımızda duran misiyyamızı həyata keçirməmiz üçün bizə qüvvət versin!

Əziz və dəyərli seçicilər!

Hesab edirəm ki, Qarabağı, bütün itirilmiş əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad edilməsi və cənab Prizdentin Azərbaycanın gələcəyi, ölkəmizin daha da güclənməsi və inkişafı naminə, xüsusilə neqativ halların aradan qaldırılması ilə korrupsiyaya qarşı apardığı islahatlara dəstək verərərək, Sizin layiqli həyat şəraitinizin təmin edilməsi məhz Sizlərin hər birinizin 9 fevral 2020-ci il tarixində seçkilərdə iştirak edərək mənə dəstək vermənizdən çox aslıdır.
İnanıram ki, Siz öz səsinizi mənə verməklə Qarabağı, bütün itirilmiş torpaqlarımızın ermənilərdən təmizləyib azad edilməsi üçün Dövlətimizə əlimdən gələn köməkliyi göstərmək üçün, Milli Məclisdə Sizi ləyaqətlə təmsil edərək, Sizin maraqlarınızı müdafiə etmək kimi şərəfli missiyanı yerinə yetirməyi mənə etibar edəcəksiniz.   Məndə, Sizin deputat vəkiliniz kimi, hər ay Sizinlə müntəzəm görüşlər keçirəcəm, Sizlərə xidmət missiyamı şərəf və ləyaqətlə davam etdirəcəyəm.
Məqsədim bundan sonra da daha da fəal olaraq xalqa və dövlətə sədaqətli xidmətimi şərəf və vicdanla davam etməkdir!  
 Sizlərə zəmanətim keçdiyim şərəfli yoldur!
Tanrı Sizi və Azərərbaycanımızı qorusun və tezliklə Qarabağımızı mənfur düşmənlərdən azad etməyimizə yardımçı olsun!

Hörmətlə,  124 saylı Şuşa-Ağdam-Xocali-Xocəvənd Seçki Dairəsindən
Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, Əgqanıstan və Qarabağ
müharibələrinin iştirakçısı, Azərbaycan Respublikası  “Beynəlmiləlçi  Əlil Döyuşçülər”
Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial
problemlərinin həllinə dəstək mərkəzinin” direktoru  Sərraf Orucov

Telfon, Whatsap (+994 077) 755-50-68.

https://www.facebook.com/serraf.oruc

Email; [email protected]

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu