Dünyanın gözü Türkiyədədir: Bu gündən… – VİDEObackend

Dünyanın gözü Türkiyədədir. Bu gündən…

“Yeni Gündəm” xəbər verir ki, bu gün – 29 avqust, Türkiyə tarixinə əlamətdar gün kimi daxil olur. Belə ki, “Baykar” müdafiə sənayesi şirkəti ölkənin silahlı qüvvələrini yeni PUA ilə təchiz etməyə hazırlaşır.

Şirkətin sosial media hesabından yayılan məlumata görə, bu gün “Bayraktar Akıncı” PUA-ları Türkiyə ordusunun istifadəsinə veriləcək.

“Baykar”ın qurucularından biri olan Səlcuq Bayraktar əlamətdar hadisəni özünəməxsus şəkildə şərh edib. O, “Akıncı”nın əvvəlcə iməklədiyini, sonra yeridiyini, ardından da uçduğunu, daha sonra isə böyüyərək vətənə xidmətə yollandığını bildirib.

Qeyd edək ki, “Bayraktar Akıncı” ilk olaraq “Uçan balina” adı ilə tanınıb.