DYP-yə yeni rəis təyin edildibackend

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edilib.

“Yeni Gundem”-in məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Füzuli Əsədov həmin şöbənin rəisi təyin olunub.

Qeyd edək ki, F.Əsədov bu təyinatadək Xızı Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Report