“Əsl təhsil yalnız mütaliə ilə əldə olunur”adlı möhtəşəm tədbir keçirilibbackend

Nərimanov rayonu Məktəb Lisey Kompleksinin peşəkar,öz peşəsinin vurğunu,şagirdlərinin sevimlisi, ibtidai sinif müəllimi Nadya Əsgərovanın

“Əsl təhsil yalnız mütaliə ilə əldə olunur”

Adlı möhtəşəm və əsrarəngiz tədbir keçirilib.
Bakı şəhəri üzrə Təhsil idarəsinin 13-may 2013-cü il tarixli 159 №-li əmrinə əsasən bu Məktəb, Lisey Kompleksi adlanır.Məktəb-Lisey kompleksi 2008-ci ildə “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Bu məktəbin Qızıl medalla, 600-dən yuxarı bal toplayan,hətta Prezident təqaüdçüsü olan istedadlı və bacarıqlı şagirdləri var.Məktəbin direktoru dəyərli insan Fuad Babayevdir.
Nadya Əsgərova artıq 27 ildir bu məktəbdə fəaliyyət göstərir.
Nadya müəllimə yorulmadan, usanmadan, məhəbbətini, qayğısını, fədakarlığını əsirgəməyən bir müəllimdir.Əvəzində həm uşaqların, həm valideynlərin, həm də çalışdığı kollektivin qarşısında öz peşəkalığını təsdiq edərək, hamının rəğbətini qazanmışdır.NADYA müəllimə öz şəxsi milli-mənəvi, mədəni, əxlaqi dəyərləri, savadlı təfəkkürü və insani keyfiyyətləri ilə seçilib, nümunə olub sübut edib ki, müəllim sözü müqəddəs deyil,müqəddəs olan müəllimlikdir!

Nadya müəllimənin bu tədbiri ərsəyə gətirməkdə məqsədi budur ki,”Oxumaq insanı ucaldır!” insan nə qədər mütaliə edərsə,dünya görüşü o qədər də zəngin olar söyləmək istəyib.Uşaqların dünya görüşlərinin daha zəngin olması üçün bu tədbirin ərsəyə gəlməsinə qərar verib.1-ci sinif şagirdləri olmalarına baxmayaraq onların ilk dostu kitablar olmalıdır deyə düşünür Nadya müəllimə.Tarixi qəhrəmanları uşaqlara aşılamağı özünə borc bilir Nadya müəllimə.Onlar haqqında məlumatı daha geniş çatdırmaq üçün səhnəciklər hazırlamışdı.Demək olar ki,bütün mövzular tam əminliklə öz əksini tapmışdı.Diqqət çəkən məqamlardan biri isə Nadya müəllimənin tədbirə uyğun geyimi və həmin sinfin 7 yaşlı şagirdi Əliyeva Mehinin tədbirdə səlis, aydın nitqi və heç bir materialdan istifadə etmədən yaddaşa əsasən aparıcılıq etməyi və kağızlardan hazırlanmış yüksək zövqlü libası ilə hər kəsi özünə valeh etdi.
AFƏRİN Nadya müəllimə və 1Ç sinif şagirdləri.