“Eurovision” onlayn keçirilə bilərbackend

“Eurovision” mahnı müsabiqəsi bu il onlayn olaraq keçirilə bilər. 

“Yeni Gündəm” Rambler-ə istinadən xəbər verir ki, 12-16 may tarixlərində Rotterdamda keçirilməli olan beynəlxalq musiqi yarışmasının təşkilatçıları yeni təkliflə çıxış ediblər. “Eurovision 2020″nin təşkilatçıları müsabiqəni onlayn keçirməyə hazırlaşdıqlarını açıqlayıblar. Alternativ  müsabiqə proqramı Avropa Yayım Birliyi tərəfindən hazırlanır.

Bütün iştirakçılar nömrələrini xüsusi hazırlanmış onlayn platformada təqdim edə biləcəklər.