“Fəryad 2” filmi çəkilirbackend

Vətən müharibəsinə həsr olunmuş kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan Fəryad 2 filminin çəkilişlərinə hazırlıq prosesi gedir.

“Yeni Gündəm” Kulis.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib.

O bildirib ki, Hadrut və Bakıda dekorasiyaları tikilən filmin çəkilişlərinə iyulun 15-dən sonra başlanılacaq.

Çəkilişlərin noyabr ayında qələbənin ildönümünə qədər tamamlanması və tamaşaçılara təqim olunması gözlənilir.