“Fokusdan kənar” adlı fotosərgi açılacaqbackend

İyulun 29-da İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərgi açılacaq.

“Yeni Gündəm” xəbər verir ki, avqustun 15-dək davam edəcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin təşkilatçılığı ilə reallaşacaq.
Sərgi çərçivəsində avqustun 1-də isə alman klassiki Vim Vendersin “Yerin duzu” adlı filmi nümayiş olunacaq.

Ayşən Rəhim