“İçərişəhər” İSESCO-nun İslam İrsi Siyahısına daxil edildibackend
Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclası keçirilib. 

“Yeni Gundem” xəbər verir ki, yekun sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib. Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi də Qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.

Bundan başqa Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır. Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib.