Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Ali təhsil müəssisəsinin rəhbərliyi və əməkdaşları könüllü olaraq 5866 (beş min səkkiz yüz altmış altı) manat həcmində pul məbləğini Fonda köçürüblər.