İrəvanda aksiyada saxlanılan ASALA terrorçusu sərbəst buraxıldı – YENİLƏNDİbackend

Ermənistanın paytaxtı İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb.

Bu barədə “Ermənistan” blokunun feysbuk səhifəsində paylaşım edilib.

A.Sasunyanın sözlərinə görə, etiraz aksiyasında iştirak edib və polisdən gənclərin niyə saxlanıldığını soruşduğuna görə saxlanılaraq bölməyə aparılıb.

***

10:56

Ermənistanın paytaxtı İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb.

Bu barədə hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, A.Sasunyan 80-ci illərdə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana qayıdıb.

Report