Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib – FOTObackend

22 sentyabr tarixində Bakı İdman Sarayında Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib.

“Yeni Gundem” xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin deputatları, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, idman ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizinəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclis sədrinin müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qüdrətli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, Ümummilli Liderin siyasəti xəttinin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.

Ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğı nəticəsində bu gün rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizlərə qazandırmış olduğu tarixi qələbədən bəhs edən Adil Əliyev  Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə qanunsuz erməni silahlı dəstələrinə qarşı uğurla həyata keçirilmiş lokal anti-terror tədbirləri ilə əlaqədar məlumat vermiş və 24 saatdan az vaxtda separatçıların təslim olmaq məcburiyyətində qaldıqlarınıvurğulamışdır. O, bildirmişdir ki, məhz bu gün qazanılmış uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xüsusən də bu yolda canını qurban vermiş şəhidlərimizə borcluyuq. Qələbəmizin memarları olan qəhrəmanlar Vətən yolunda canlarını fəda edərək, bizə tarixi Qələbə bəxş ediblər.

Bu gün Azərbaycan Kikboksinq Federasiyasının 30 illiyinin təntənəli qeyd olunduğunu bildirən vitse-spiker Federasiyanın keçdiyi tarixi yoldan danışıb.

Daha sonra çıxış edən Azərbaycan KikboksinqFederasiyasının Prezidenti Orxan Əliyev Federasiyanın qazandığı uğurlardan, ölkəmizdə idman siyasətinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edib. Habelə, yarışlar barəsində məlumat verərək, göstərilmiş yüksək nəticələri diqqətə çatdırıb.

Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idman siyasətinin uğurlarından danışaraq keçirilən bu qəbildən olan yarışları yüksək qiymətləndirib.

Açılış mərasimində Milli Məclisin Gənclər idman komitəsinin üzvləri Şahin İsmayılov, Etibar Əliyev, Mahir Abbaszadə, Könül Nurullayeva, Cavid Osmanov, Vüqar İskəndərovMüşfiq Cəfərov iştirak etmişlər.

Daha sonra yarışlara start verilib və idmançılar müxtəlif çəki dərəcələrində öz güclərini göstəriblər.