Krımda silah anbarı partlayıb, yaralılar varbackend

Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar zamanı 2 nəfər xəsarət alıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksenov açıqlama verib.

Rusiya Müdafiə Nazirliyi isə Krımın Mayskoe kəndində hərbi hissələrdən birində döyüş sursatlarının müvəqqəti saxlanıldığı ərazidə yanğın və sonradan partlayışların baş verdiyini açıqlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

APA