Millət vəkili Türkiyəli dərnək başqanı ilə görüşdübackend

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Bakıda səfərdə olan İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acarla görüşmüşdür. Ziya Zakir Acar millət vəkilinə rəhbərlik etdiyi Dərnək və özünün tədqiqatçılıq fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir. Əziz Ələkbərli və Ziya Zakir Acar təşkilatları arasında əlaqələri və əməkdaşlığı daha da genişləndirmək, birgə tədbirlər keçirmək barədə qərara gəlmişlər.