Milli Məclisin Bakıda kirayə yaşayan deputatlarının adları açıqlandı – SİYAHIbackend

Azərbaycan Milli Məclisinin Bakıda kirayədə yaşayan deputatlarının adları açıqlanıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu deputatlar Naqif Həmzəyev, Vüqar İskəndərov, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Cavid Osmanov, Ramil Həsən, Müşfiq Cəfərov və Pərvin Kazımzadədir.

Həmin deputatlar parlamentdən maaşdan əlavə 220 manat “kirayəpulu” da alırlar.

Qeyd: Son günlər deputatların maaşlarının 40 faizdən çox artırılması ilə bağlı məsələ müzakirələrə səbəb olub.