Misirin eks-baş naziri BƏƏ-də saxlanıldıbackend

Bakı. 2 dekabr. YENIGUNDEM.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüquq-mühafizə orqanları Misirin keçmiş baş naziri Əhməd Şəfiqi saxlayaraq onu öz ölkəsinə deportasiya ediblər.

“Yenigundem” xəbər verir ki, bu barədə Əhməd Şəfiqin vəkili Dina Ədli Hüseyn “Al Masry Al Youm” qəzetinə açıqlamasında bildirib.

Qeyd olunur ki, eks-baş nazir Misirə öz şəxsi təyyarəsilə göndərilib.

İnsidentin baş vermə səbəbləri hələlik məlum deyil.

Qafqazinfo.az