Müdafiə naziri sülhməramlıların yeni komandanını qəbul etdibackend

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

“Yeni Gundem” xəbər verir ki, iclasda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonunda əməliyyat vəziyyəti müzakirə olunub.