“Muğam dünyası” adlı tədbir keçirilibbackend

 

Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyi və Göygöl Gənclər Evi sosial xidmət mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev parkındakı “Yaşıl teatr”da “Muğam dünyası” adlı tədbir keçirilib.
YeniGündəm” xəbər verir ki, Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan muğamının beşiyi olan Qarabağın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Diqqətə çatdırılıb ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına salınıb. Bildirilib ki, Azərbaycan mədəniyyətinin ən dəyərli incilərindən olan muğam sənətinin inkişafı və təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın mühüm rolu var. Heydər Əliyev Fondu tərəfindən muğam sənətinin təbliği məqsədilə müxtəlif layihələr həyata keçirilir.
Sonra konsert proqramı təqdim edilib. “Nərgiz” xalq kollektivinin və Göygöl Gənclər Evində fəaliyyət göstərən musiqi dərnəyi üzvlərinin ifasında muğam və təsniflər, habelə xalq və bəstəkar mahnıları səsləndirilib.