Daha bir nazirliyin mətbuat xidmətində dəyişiklik baş verib. Modern.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova işdən ayrılıb.
“Yeni Gundem” xəbər evrir ki, S.Əhmədova Modern.az-a faktı təsdiqləyib və hazırda heç bir yerdə çalışmadığını bildirib.
Qeyd edək ki, Səfayə Əhmədova 2006-cı ildən Səhiyyə Nazirliyini mətbuat xidmətində çalışırdı. Ailəlidir, 2 övladı var.