Paşinyan 50 cangüdəniylə Almatıda türk biznesmenin otelinə yerləşib – FOTObackend

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri hökumət başçılarının görüşünün keçirildiyi Almatı şəhərinə işgüzar səfəri zamanı türk biznesmenlərə məxsus oteldə qalıb.

“Yeni Gündəm” xəbər verir ki, bu iddia ilə erməni politoloq Qa Qaqik Hambaryan çıxış edib.

Hambaryan məlumatı Qazaxıstanda yaşayan erməni Andranik Ovannisyandan aldığını deyir.

image-rixos

“Andranik bildirir ki, baş nazir, onunla gələnlər və 50 mühafizəçisi “Rixos Almatı” otelində yerləşib. Bu otelin sahibləri türk biznesmenlərdir”, – Hambaryan bildirir və bunu Paşinyana qarşı ittiham olaraq irəli sürür.