Podolyak: “Rusiya ilə danışıqlar dondurulub”backend

Ukrayna prezident aparatı Rusiya ilə sülh danışıqlarının faktiki olaraq dondurulduğunu bəyan edib.

“Yeni Gündəm” “UNİAN”a istinadən xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Növbəti birbaşa sülh danışıqlarının nə zaman mümkün olacağını söyləmək çətindir” – Podolyak qeyd edib.

O, bunun səbəbini Rusiyanın hazırda Donbasda Ukraynaya qarşı müharibənin ikinci mərhələsində uğur qazanması üçün ciddi səy gəstərməsi ilə izah edib.