Praqa görüşü tarixə necə həkk olundu? – Deputatlar ŞƏRH ETDİbackend

Azərbaycan növbəti dəfə parlaq qələbə qazandı . Foto-video görüntülərindən aydın olur ki, Azərbaycan öz sözünü bir daha dedi.Hamımız Paşinyanın gülməli duruş vəziyyətini gördük. Makronun Minsk qrupunu bərpa etmək cəhdi növbəti dəfə yerə girdi. Azərbaycan -Türkiyə qardaşlığınıdanda bir daha Ərdoğan -Əliyev münasibətində görmüş olduq.

Praqa görüşünün nəticələrini Milli Məclisin deputatları ilə müzakirə etdik .Onlar Yeni Gundem”ə görüşü şərh etdilər.

Milli Məclisin deputatı Müşfiq Məmmədli “Yeni Gundem”-ə açıqlamasında Azərbaycanın Qafqazda lider dövlət olduğunu bir daha təsdiq etdiyini açıqladı:

Bu görüşdə bir daha Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi və bütün öhdəliklərinə sadiq qalan, üzərinə düşən vəzifələri sədaqətlə yerinə yetirən dövlət kimi özünü bir daha təsdiq etdi. Avropa ölkələri Azərbaycanı etibarlı tərəfdaş, tərəf müqabili və strateji əməkdaşlığı daha da dərinləşdirən etibarlı dövlət qismində görürlər. İkinci məqam  Azərbaycan -Türkiyə qardaşlığının bir daha bütün dünyaya göstərilməsi idi. Üçüncü məqam Azərbaycanın kifayət qədər gücə malik olması həm hərbi, həm iqtisadi baxımından Qafqazda lider dövlət olduğunu bir daha sübut etdi. 44 günlük müharibədən sonrakı Azərbaycanın yaratdığı reallıqlarının dünya ölkələri tərəfindən qəbul edilməsini müşahidə etdik. Ermənistan-Türkiyə, Ermənistan -Azərbaycan arasındakı Praqa görüşündə fikir mübadiləsinin şahidi olduq. Artıq cənab Prezidentin söylədiyi kimi Ermənistan konstruktiv addımlar atarsa ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkün kimi görünür. Təbiki bu ilk növbədə Ermənistanın özünün faydasına olardı. Azərbaycanın bu prosesdə qalib, aparıcı tərəf olduğunu bir daha hamı gördü. Razılaşmalar göz önündədir. Praqa görüşündə ki, müddəaları Ermənistan qəbul etdi. Maraqlı cəhət Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər haqqında verdiyi bəyanatdır. Onlar bizim vətəndaşlarımızdır, onlarla necə nə vaxt danışdığımızı özümüz yaxşı bilirik.Bu bizim daxili işimizdir. Çox mühüm və qürur verici bir açıqlama.

Millət vəkili Məlahət İbrahimqızı isə dünən ki, Zirvə Toplantısında Prezidentin çıxış zaman toxunduğu enerji məsələlərini şərh etdi:

Dünən Avropa Siyasi Birliyinin «Zirvə toplantısı» oldu. Toplantıya 44 ölkə dəvət olunmuşdu. Toplantıda real vəziyyət müzakirə edilirdi. 44 dövlətin siyahısına baxsaq görərik ki həmin ölkələrin Avropanın bu gün və gələcəyi ilə bağlı ilişkiləri var. Avropanın marağı olan ölkələrdir. Zirvə Toplantısına Möhtərəm Prezidentimizdə dəvət olunmuşdu. Azərbaycan birmənalı olaraq Avropa üçün mühüm rol oynayır. Təkcə enerji sahəsində Azərbaycan həlledici ölkələrdən biridir. Cənab Prezident dünən ki, panel çıxışdada qeyd etdi ki, 1994 cü ildə imzalanan «Əsrin müqaviləsi»ndə heç kəs bilmirdi ki, gələcəkdə nələr baş verəcək. Davamı olaraq Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum, TANAP, TAP kimi lahiyələrin icrası dövlət siyasətimizin uğurlu nəticələri oldu. Biz keçmişdə bunların zəruri olmasını hiss etmirdik ancaq bu gün bunun Avropa üçün önəmli layihə olduğunu hamımız görürük. Dünən möhtərəm Prezidentimizin sammitdəki çıxışından yeni təkliflərin irəli sürdünü görmək mümkündür. Təkcə sülh yox Cənubi Qafqazın taleyi ilə bağlı idi. Prezidentin təklifi o oldu ki, üçtərəfli görüşlər olsun. Çünki Cənubi Qafqaz təkcə Azərbaycandan ibarət deyil.

Milli Məclisin deputatı Cavid Osmanov isə görüşdə Azərbaycana qarşı hər hansı təzyiqin cənab Prezident tərəfindən qətiyyətlə alındığını, Ermənistan tərəfinin isə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanınmasını qeyd etdi:

Avropa İttifaqı Prezidentinin və Çexiyanın Baş Nazirinin dəvəti ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin səfəri çərçivəsində çox mühüm görüşlərdə keçirildi.Xüsusi ilə dördtərəfli görüşün iki hissəli olaraq 5 saatdan artıq davam etməsi gərgin müzakirələrin aparıldığının göstəricisidir. Qeyd etmək lazımdır ki, Fransanın iştriakı Ermənistana əlavə stimul verirdi. Haqlı olaraq Fransanın ermənipərəst mövqeyini görürük. Belə olan halda Azərbaycan üçün əvvəldən tələ və hiylələrin olduğu gözlənilirdi.Paşinyan özünü çox qətiyyətli hiss edirdi. Əlbəttə Fransa və Ermənistan Azərbaycana təzyiq göstərəcəyini düşünürdülər. Ancaq dünən ki, görüşün nəticələri onu göstərdi ki, Azərbaycan prezidenti növbəti dəfə qətiyyətli, prinsipial mövqe nümayiş elətdirdi.Onların hər hansı təzyiqi qətiyyətlə alındı. Birdaha Prezidentimiz xalqımızın maraqlarına uyğun müstəqil siyasət yürüdərək qətiyyət nümayiş elətdirdi. Bu ilk dəfədi baş verir.Xüsusən BMT nin Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bununlada Ermənistan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdi.

Fərahim RƏHİMOV

Yenigundem.az