Prezident Ərdoğan KKTC prezidenti Ersin Tatar ilə görüşübbackend

Yeni Ercan Hava Limanının açılışı üçün KKTC-yə gedən prezident Ərdoğan, KKTC prezidenti Ersin Tatarla görüşüb.

“Yeni Gundem” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yeni Ercan Hava Limanının açılış mərasimindən sonra KKTC prezidenti Ersin Tatar ilə ikitərəfli görüş keçirib.

Açılış mərasimindən sonra KKTC-nin paytaxtı Lefkoşadakı Prezident Binasına gələn Ərdoğan KKTC prezidenti Ersin Tatar ilə təkbətək görüşüb.

Görüşdən sonra Türkiyə ilə KKTC arasında müxtəlif sektorlarda müqavilələrin imzalanacağı bildirilib.
Görüşdən sonra Atatürk abidəsinə əklil qoyacaq Ərdoğan, Sülh və Azadlıq Günü mərasimlərinə qatıldıqdan sonra KKTC proqramını tamamlayacaq.

Pərviz