Prezidentdən daha bir fərman: 980 milyon 700 min manat…backend

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 893 milyondan 980 milyon 700 min manata artırılıb.

Bununla əlaqədar Fondun nizamnamə kapitalının artırılması 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 milyon 700 min manat hesabına təmin edilməlidir.

Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.