“Putin Paşinyanı otağından qovub”- Mikael Minasyanbackend

“Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyana inanmır. Bunun müxtəlif səbəbləri var. Əsas səbəb Nikol Paşinyanın Rusiya ilə deyil, qərblə gizli əməkdaşlıq qurması idi.”-Bu fikirləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz sosial şəbəkə hesabından yazıb.

“Yeni Gündəm” xəbər verir ki, Minasyan Rusiya-Ermənistan münasibətlərinin indi də normal vəziyyətdə olmadığını yazaraq qeyd edib:“ Rusiya və Ermənistan arasında bağlanacaq mühüm müqavilələr məhz bu səbəbdən təxirə salınıb. Hətta Putin məhz bu səbəbə görə Paşinyanı öz otağından qovub. Qarabağ savaşı zamanı Putin Paşinyanın belə telefon zənglərinə cavab verməməsinin əsl səbəbi bu idi. ”