Putin Türkiyəyə səfər edəcəkbackend

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Danışıqlarda iki lider V.Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər.

Məlumata əsasən, danışıqlar zamanı Ərdoğan 16 iyul tarixində Türkiyədə baş verən meşə yanğınları üçün Rusiyanın göndərdiyi iki amfibiya yanğınsöndürmə təyyarəsi üçün Putinə təşəkkür edib.

Bundan əlavə, tərəflər Qara dəniz taxıl dəhlizi sazişi barədə müzakirələr aparıb.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Qara dəniz təşəbbüsünün davam etdirilməsi üçün səylərini irəli sürəcək.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb./Trend

***

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.