Putinlə görüşdə Merkelə zəng gəldi – VİDEObackend

Xəbər verdiyimiz kimi, Moskvada Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, görüşün əvvəlində Putin danışarkən Angela Merkelin telefonuna zəng gəlib.

İlk olaraq, zəng eşidildikdə görüş iştirakçıları necə reaksiya verəcəklərini bilməyib. Merkel isə bunun ardınca əlini cibinə salaraq telefonunu çıxarıb və səsini alıb.

Putin isə zəngə reaksiya verməyərək öz çıxışını davam etdirib.