Qafqazın 5 verstlik xəritəsinin nadir nüsxəsi Qərbi Azərbaycan İcmasındabackend

Diplomat Cavanşir Axundov Qərbi Azərbaycan İcmasına Çar Rusiyası hökumətinin hazırladığı, Qafqazın 5 verstlik xəritəsini hədiyyə edib.

“Yeni Gundem” xəbər verir ki, İcmanın idarə heyətinin sədri Əziz Ələkbərli ilə görüşdə səfir vurğulayıb ki, bu xəritə Qafqazın nadir xəritələrindəndir və bu xəritə üzərində də  minilliklər boyu yaşadığımız Qərbi Azərbaycan ərazisindəki bütün toponimlər Azərbaycan dilindədir və xəritə nadir tarixi sənəd sayılır.

İcma sədri hədiyyəyə görə Cavanşir Axundova təşəkkür edərək, xəritənin yaxından tədqiq olunacağını bildirdi. Görüşdə diplomat Qaley Allahverdiyev, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu, İcmanın şöbə müdirləri Qalib Qasımov və Miraslan Bəkirli iştirak edib.