“Qarabağ” fasiləyə məğlub yollanıb – YENİLƏNİRbackend

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.

“Yeni Gundem” xəbər verir ki,  Azərbaycan çempionu fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

Yeganə qolu 16-cı dəqiqədə Lüdovik Blas vurub.

***23:23

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

“Yeni Gundem” xəbər verir ki, meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu “köhlən atlar”ın qapısından keçirib.

***23:06

Fransada “Nant” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

“Yeni Gundem” xəbər verir ki, “Bojuar” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.