“Qarabağ” hesabı bərabərləşdirdi – VİDEO / YENİLƏNİBbackend

Bakıda “Qarabağ” və Polşanın “Lex” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

“Yeni Gündəm” xəbər verir ki, “köhlən atlar”dan Kadi Borges 14-cü dəqiqədə hesabı bərabərləşdirib.

 

***

20:05

Bakıda “Qarabağ” və Polşanın “Lex” komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, qonaqlar 20-ci saniyədə hesabı açıblar. Poznan təmsilçisindən Kristoffer Velde fərqlənib.

***

19:00
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxır.

“Yeni Gündəm” xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edəcək.

Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.

Cütün qalibi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq. Cütün məğlubu isə avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasında yarışacaq. Burada “Qarabağ” və ya “Lex” KL-in 2-ci təsnifat mərhələsində oynayacaq. Rəqib isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb – 0:0.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

Cavab oyunu

20:00. “Qarabağ” – “Lex”

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 0:1

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh

Baş məşqçi: Con van den Brom.