Qəbul imtahanları təxirə düşür, abituriyentlər təşvişdə … (AÇIQLAMA)backend

Dünyada yayılan Covid -19 (Koronavirus) təhlükəsinin artdığı bir zamanda bir çox ölkələr kimi Azərbaycan da təhlükəsizlik tədbirlərinin artırılması, fövqəladə hal elan olunması, səhiyə və ümumi iaşə obyektlərində gücləndirilmiş rejimə keçilməsi kimi insanların təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməyə davam edir.

<

Bir çox ölkələrdə olduğu kimi Azərbaycan da ilk öncə təhsil mərkəzlərinin bağlanılması ilə şagird və tələbələrin təhlükəsizliyi üçün addımlar atdı. Lakin, tələbə adı qazanmaq uğruna təhsil və kariyeralarını dünyanın müxtəlif ölkələrində davam etmək istəyən abituriyentlərin narahatlıqları, keçməli olduqları imtahanların ləğv olunması və qeyri-müəyyən tarixlərə salınması “tələbə” adı qazanmaq istəyənlərlə yanaşı valideynləri də narahat edir. Bu təşvişin əsas səbəbi isə Azərbaycandan Türkiyəyə və Avropaya oxumağa gedənlərin verməli olduğu YÖS ( türkiyə üçün) və SAT ( Bir çox ölkələrdə keçərlidi) imtahanların ardıcıl ləğv olunmasıdır. Bu isə tələbə adını qazanmaq istəyən namizədlər üçün böyük narahatlıq və psixoloji sarsıntı deməkdi.

Məsələ ilə bağlı Marmara Group Beynəlxalq Təhsil Mərkəzinin Direktoru Fərid Həsənzadə Hokm.az -a açıqlamasında bildirir ki, Koronavirus ( COVID-19 ) xəstəliyi ümumiyyətlə son günlərdə dünyanın ən aktual gündəmindədir. Koronavirus ( COVID-19 ) epidemiyasının yayılması ilə əlaqədar dünyanın 80% ölkəsində bütün rəsmi toplantılar, sərgilər, mədəniyyət tədbirləri, təhsil, təlim – tərbiyə müəssisələri və xüsusilədə tələbə qəbulu üzrə beynəlxalq imtahanlar da təxirə düşməkdədir. Misal olaraq beynəlxalq imtahanlardan biri hesab edilən SAT imtahanı mart ayına təyin edilmiş imtahanı demək olar 95% mərkəzdə ləğv etmişdir. Hansı ki, bu imtahana ölkəmizdən də kifayət qədər abituriyentlər qatılır. Rəsmi olaraq College Board bildirir ki, koronavirus ( COVID-19 ) ilə əlaqədar dünya üzrə mərkəzlərində olan imtahanlar ləğv edilmişdir. Eyni zamanda College Board mart ayı üçün qeydiyyatdan keçmiş abituriyentlərə ödədikləri rüsumun ən qısa zamanda qaytarılacağını rəsmi email vasitəsi ilə bildirmişdir. Hal-hazırkı proses davam edən zaman digər beynalxalq imtahanlara ( IELTS, TOEFL, GRE, GMAT və s. ) qeydiyyat edən namizədlərə tövsiyyə edərdim ki, prosesin bitməyini gözləsinlər, çünki rəsmilər imtahanların ləğv olunma ehtimallarını yüksək hesab edir.

Digər bir örnək ölkəmizdə ciddi abituriyent kütləsinin hazırlandığı YÖS imtahanını misal gətirə bilərik ki, bu imtahanların da keçirilmə vaxtı dəyişdirilib. Öncəki illərə nəzər yetirsək görərik ki, imtahanlar əsasən Aprel və May aylarında keçirildiyi halda, son zamanlarda koronavirusla bağlı olaraq ( COVID-19 ) imtahan vaxtlarının dəyişməsi müəyyən olunmuşdur. Yeni elanlarda imtahan tarixləri sonrakı aylara ( İyun, İyul ) təxirə salınmışdır. Beynəlxalq imtahanların ləğv olunma prosesi və ölkəmizdə koronavirus ( COVID-19 ) epidemiyasının olması ilə əlaqədar təcili olaraq DİM müşahidə şurasını toplayaraq müəyyən ciddi qərarlar aldı. DİM-nin mətbuat katibi Xanlar Xanlarzadə rəsmi bəyanat yayaraq martın 15-i və 29-u buraxılış imtahanının ləğv olunması haqda qərar aldıqlarını bildirdi. DİM-dən verilən xəbərə görə, martın 15-ində Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri, o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblərin şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin, martın 29-da isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, həmçinin cari ilin məzunları üçün əlavə xarici dil üçün qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu: ” Koronavirus ( COVID-19 ) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb. Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq. 11-ci sinif buraxılış imtahanlarının isə əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. DİM abituriyentlərə və valideynlərə tövsiyə edib ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər: “”Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir. Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür”.

Bu kimi imtahanlarda dəyişən tarixləri və təxirə salmaları görən namizəd tələbələr isə həm imtahan həm də koronavirus ( COVID-19 ) epidemiyasının yayılma stresini yaşayaraq imtahanlara tam olaraq fokuslanıb dərs çalışmalarını edə bilmirlər. Zatən istəsələr belə buna rəsmi olaraq icazədə verilmir. Normalda hər il abituriyentlərdə imtahan öncəsi “görəsən qəbul ola biləcəyəmmi”, “valideynlərimə nə deyəcəyəm”, “Yüksək bal toplaya biləcəyəmmi” kimi suallar yaransa da, bu il “görəsən koronavirus ( COVID-19 ) ilə əlaqədar imtahanlar təxirə düşsə nə edəcəm ?”” necə qəbul olacam ? ” kimi suallarla böyük stress altındadırlar.

Beynəlxalq təhsil eksperti olaraq təklif edə bilərəm ki, böyük bir azərbaycanlı abituriyent kütləsinində hazırlandığı Türkiyə Universitetlərinə qəbul qaydalarından biri olan YÖS imtahanı online olaraq həyata keçirilsin. Bizdə sual yarana bilər ki, minlərlə abituriyentin qatıldığı bu imtahanlar necə online ola bilər ? Təbii ki, əvvəlki illərdə online YÖS imtahanlarını təşkil edən dövlət universitetlərinin böyük təcrübələrindən yararlanmaq olar. Buna online yös imtahanı təşkil edən Türk universitetlərindən Adnan Menderes Universitetini misal göstərmək olar. Avropada da bir çox universitetlər bu imtahan modelini həyata keçirərək tələbə qəbulu elan edir. Biz illərdir Türkiyə universitetlərinə tələbə göndərən bir mərkəz olaraq bildirə bilərik ki, bu məsələ ilə bağlı Türkiyə Respublikasının rəsmi qurumlara müraciət etmişik. Hər şeydən öncə ümid edirik ki, koronavirus ( COVID-19 ) epidemiyası tezliklə bitər və hərşey normal halına qayıdar. Əgər bu məsələ uzanarsa abituriyentlərin xarici universitetlərə qəbul proseslərini asandlaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

Hokm.az