Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin türkiyəli tələbələri ilə videoformatda görüş keçirib.
AzTU-dan “Yeni Gündəm” ə verilən məlumata görə, rektor pandemiya dövründə tələbələrin sosial vəziyyətində yaranan çətinliklərlə maraqlanıb. Eyni zamanda onlayn dərslərin gedişi və yay imtahan sessiyasının keçirilmə prosesi haqqında da fikir mübadiləsi aparılıb. Görüş zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.