RƏZALƏT! – “Təhlükəsizlik” adı altında qadınların toxunulmayan yerləri qalmadı – VİDEO – FOTObackend

Taylandın paytaxtı Bankokda keçirilən musiqi festivalının giriş hissəsində qadınların “yoxlanılması” prosesi insanları hiddətləndirib.

“Yeni Gundem” haberler-ə istinadla bildirir ki, 3 günlük festivala giriş üçün cəlb olunan qadın mühafizəçilər yoxlama apararkən həmcinslərinə qarşı seksual hərəkətlər ediblər. Qadınların qasıq bölgəsini paltarın üzərindən hərtərəfli yoxlayarkən qeydə alınanan görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Hətta qadınlardan biri “Sinəmi açıq aşkar əlləri ilə yoxladılar” iddiası ilə çıxış edib.

Festivalın təşkilatçıları isə bildiriblər ki, tam təhlükəsizliyi təmin etmək üçün bu formada yoxlanış zəruridir. Narkotik vasitələrin keçirilməsinin qarşısını almaq üçün belə bir yoxlamanın həyata keçirildiyini vurğulayıblar.

Həmin görüntüləri təqdim edirik: