Rusiyada erməni lobbisinin sifarişi ilə həbs edilmiş onlarla azərbaycanlının hüquqlarını müdafiə etdiyi səbəbdən 3 dəfə vəkillik statusu əlindən alınmış həmyerlimiz Elman Paşayev Rusiyada ilin adamı elan olundubackend

Rusiyada erməni lobbisinin sifarişi ilə həbs edilmiş onlarla azərbaycanlının hüquqlarını müdafiə etdiyi səbəbdən  3 dəfə vəkillik statusu əlindən alınmış həmyerlimiz Elman Paşayev Rusiyada ilin adamı elan olundu

2020-ci ilin fevralında “Sosial Ədalət” günündə keçirilən “İlin adamı” mükafatlandırma mərasimində Rusiya vətəndaşları və Rusiya Federasiyasında yaşayan xarici vətəndaşların ölkə daxilində və onun hüdudları kənarında hüquq müdafiəsinin inkişafı və göstərdiyi böyük cəsarətə görə beynəlxaq aləmdə məşhur azərbaycanlı hüquqşunas Elman Paşayev mükafata layiq görülüb.

Tədbirdə vəkillik sahəsində “İlin adamı” mükafatı, Şimali Osetiya-Alaniya Respublikasının Vəkillər Palatasının vəkili Elman Paşayevə təqdim olunub.

Elman Məhərrəm oğlu Paşayev 22 dekabr 1971-ci ildə Şişqaya kəndində doğulsa da, sonralar ailəsi ilə birlikdə  Şəki şəhərinin Şəki kəndinə köçmüş, orta məktəbi də həmin kənddə bitirmişdir.

8-ci sinifdə oxuyarkən, valideynləri və qardaşını avtomobil qəzasında itirir. Həyatının yoxsulluq və çətinlikərlə dolu dövrü başlayır. Çox istəsə də ali təhsil ala bilmir və 1989-1991-ci illərdə Odessa və Pridnestrovya vilayətində hərbi xidmət keçdikdən sonra bir müddət Bakıda hüquq-mühafizə orqanlarında çalışır.

Elmə olan həvəsi onu 1997-ci ildə təhsilini davam etdirmək üçün Moskva şəhərinə gətirir, burada əvvəl Moskva Hüquq İnistitutunu, Moskva (indiki Kutafin adına) Dövlət Hüquq Akademiyasını, sonra həmin akademiyanın aspirantura pilləsini bitirir.
Elman Paşayev aldığı iki hüquq təhsili ilə kifayətlənmir, daha sonra Mediasiya İnstitutunu (медиация) oxuyur, bir müddət mediatr kimi fəaliyyət göstərir. Eyni zamanda o, Prezident yanında Moskva Dövlət İdarəçilik Akademiyasında da təhsil alır. Elman Paşayev daha sonra təhsilini Fransanın Strasburq şəhərində Beynəlxalq İnsan Hüquqları İnstitutunda təkmilləşdirir.

Elman Paşayev, dünyada gedən beynəlxalq hüquqi prosesləri dərindən öyrənmək üçün dünyanın bir çox ölkələrində – Amerka Birləşmiş Ştatlarında, Nyu-Yorkda, Vaşiqtonda, Hollivudda Müəllif Hüquqları Yüksək İxtisaslaşma kurslarının dinləyicisi olub, eyni zamanda qazandığı elmi-praktiki təcürbəni beynəlxalq arenada da tətbiq edib.
İngiltərədə, Londonda, Yaponiyada, Tokiyoda (dünyanın ən qabaqcıl Universitetlərində (ABŞ-da, Oksfordda) tanınmış təhsil ocaqlarında mühazirələr oxuyub.

2003-cü ildən hüquqşunas kimi fəaliyyətə başlayan Elman Paşayevin çox çətin və qalmaqallı məhkəmə prosseslərində qazandığı uğurlar ona MDB məkanında, Avropa ölkələrində, Amerka Birləşmiş Ştatlarında və dünyanın başqa inkişaf etmiş aparıcı dövlətlərində böyük şöhrət qazandırır. 15 ildən artıq beynəlxalq səviyyədə vəkillik fəaliyyəti ilə məşğul olan Elman Paşayev yaşadığı Moskva şəhərində Rusiya Federasiyasının ən ali orden və mükafatlarına layiq görülür.

Rusiyada “Minara” hüquq firmasına uzun illər rəhbərlik edən Paşayev Rusiyadakı bir çox tanınmış hüquqşunası ətrafına cəmləyə bilir. “Minara” il ərzində təxminən 150 məhkəmə prosesində iştirak edir və Rusiyanın ən məşhur hüquq firmalarından birinə çevrilir.

Daha sonra E.Paşayev “Elman Gorup” Hüquq Şirkətini yaradır. Bu şirkət hazırda beynəlxalq statuslu hüquq şirkətidir və dünyanın bir çox ölkəsində, o cümlədən, 2018-ci ilin yanvarından Azərbaycanda fəaliyyət göstərərək, şirkətə müraciət etmiş aztəminatlı ailələrimizə öz töhfəsini verərək onların tibbi–sosiyal problemlərinin həllində yaxından iştirak edərək

Rusiyada bir çox nüfuzlu şirkətlərlə bərabər Rusiya Federasiyası Müdafiə Nazirliyində Veteranlar Şurasının hüquqlarının qorunması və müdafiyəsi də “Elman Group”-un fəaliyyətinə daxildir. Qeyd edək ki, bu hüquq şirkəti xüsusilə Rusiyada siyasi təzyiq və ya erməni lobbisinin sifarişi ilə həbs edilmiş onlarla soydaşımızın hüquqlarını müdafiə edib. Məhz bu səbəbdən E.Paşayevin 3 dəfə vəkillik statusu əlindən alınıb. Buna baxmayaraq o, hər dəfə hüquqi mübarizə apararaq statusunu bərpa etməyə müvəffəq olub.

E.Paşayev Rusiyada aktiv siyasi fəaliyyətlə də məşğuldur. O, 2019-cu ilin sentyabrında Rusiya Ədalətli Qüvvələrin Gücü partiyasını təsis edərək Vətəndaş cəmiyyətinin inkişafında yaxından iştirak edərək vətəndaşların sosial rifahlarının yaxşılaşdırması uğrunda fəaliyyətini davam etdirərək, əlindən kələn köməkliyini əsirgəmir.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fonduna və Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzinə müraciət etmiş Şəhid ailələrinin və müharibə əlillərinin məhkəmə məsələlərinin həllinə təmənnasız olaraq yaxından köməklik göstərərək onların hüquqlarının müdafiə etmişdir.

Biz də öz növbəmizdə, Elman Paşayev kimi azərbaycanlı soydaşlarımızla qürur duyaraq həmyerlimizə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun kolektivi adından ən başlıca uzun ömür, can sağlığı və  gələcək fəaliyyətində yeni-yeni müvəfəqiyyətlər arzulayırıq.

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu