Rusiyanın Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım üç gündür Bərdədə gözləyirbackend

Rusiya Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını üç gündür ki, Bərdə şəhərində gözləyir.

Bu barədə “Report”un Qərb bürosu məlumat verib.

Qeyd edək ki, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları 1 ədəd TIR tipli nəqliyyat vasitəsinə yüklənərək göndərilib.