ŞAD XƏBƏR! Videosu yayılan hər iki əsir Azərbaycandadırbackend

Ermənilərə məxsus “Telegram” kanallarında iki Azərbaycan hərbçisinin əsir götürülərək, işgəncə verilməsini əks etdirən video yayımlanıb.

“Yeni Gündəm” xəbər verir ki, hər iki hərbçi 10 noyabr bəyanatından sonra Şuşa şəhərinə çörək apararkən yolu azıb və terrorçuların əlinə keçib. Onlardan biri Əlizadə Nurlan 14 dekabr tarixində əsirlikdən geri qaytarılaraq vətənə gətirilib. Videodakı digər hərbi qulluqçu isə Həmidov Nahid Yaşar oğludur. O da 14 dekabrda vətənə geri qaytarılıb.