“Saytımızın yaranmasında BDU-nun Jurnalistika fakültəsinin çox mühüm rolu var” – Hacıbəy Heydərlibackend

Azxeber.com informasiya portalı 13 aprel 2010-cu ildə mənim və həmkarım Əfzələddin Ağalarov təsisçiliyi ilə yaradılıb. Biz həmin dövrdə BDU-nun Jurnalistika fakültəsində təhsil alırdıq.

Bu sözləri “Yeni Gundem”-ə Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

O açıqlayıb ki, Azxeber.com Türk dövlətlərinin mətbuat orqanları ilə yüksək səviyyədə əməkdaşlıq edir:

“Saytımız 13 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində çox böyük uğurlara imza atmışıq. Sayt Azərbaycan Mətbuat Şurasının üzvüdür. Medianın İnkişafı Agentliyi tərəfindən maliyyə dəstəyi alırıq. Azxeber.com-un beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi xarici media vasitələri vardır. Xüsusilə Türk dövlətlərinin mətbuat orqanları ilə əməkdaşlığımız var. Eyni zamanda saytımız sosial şəbəkələrdə ən aktiv və fəal elektron informasiya saytlarından biridir. Saytımızın yaranmasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin çox mühüm rolu var. Biz o zaman fakültənin tələbələri idik. Fakültənin müəllim -professor heyətinin dəstəyini hiss etmişdik. Fakültənin tələbələrinə müraciət edirəm ki, aktiv olsunlar. Nəzəri biliklərlə yanaşı, praktiki biliklərə də yiyələnsinlər”,- deyə o qeyd edib.

Qeyd edək ki, Azxeber.com İnformasiya Portalı 2010-cu il aprel ayının 13-də BDU Jurnalistika fakültəsinin tələbələri Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılıb.

Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Fərahim Rəhimov