Səudiyyə Ərəbistanının paytaxtı husi qiyamçıları tərəfindən raket atəşinə tutulub – YENİLƏNİBbackend

Bakı. 19 dekabr. YENIGUNDEM.AZ/ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad Yəməndəki husi qiyamçıları tərəfindən raket atəşinə tutulub.

“Yenigundem” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Sky News Arabia” isə Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın Yəməndən husi qiyamçılarının buraxdığı ballistik raketi vurduqlarını bildirib.

“Ər-Riyada kralın Yamama sarayı istiqamətində “Burkan” ballistik raketi atılıb”, – “Ənsarullah” husi qiyamçılarının nümayəndəsi Məhəmməd Əbdusalam “Twitter” səhifəsində yazıb.


*** 15:06

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsi eşidilib.

“Yenigundem” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə yerində qatı tüstü görünür.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.

REPORT.AZ