Silvio Berluskoni ölübbackend

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ölüb.

Trend-in məlumatına görə, o 86 yaşında vəfat edib.

İtaliyanın veteran siyasətçisi, “İrəli İtaliya” partiyasının qurucusu və daimi lideri, üç dəfə hökumətə rəhbərlik etmiş S.Berluskoni aprelin əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirilib. Daha sonra onun leykozdan əziyyət çəkdiyi məlum olub.