SON DƏQİQƏ: Sülhməramlılar Qarabağın bu ərazilərindən ÇIXDIbackend

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar. 

“Yeni Gündəm” xəbər verir ki, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Xocavənd və Xocalı ( Sos və Xaçmaç kəndləri – red. ) rayonlarında yerləşirdi.

Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.

Ərazidən çıxan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib(unikal).