“Şübhəsiz ki, Azərbaycan -İran münasibətlərinin gərginliyində maraqlı olan ölkələr var”-POLİTOLOQbackend

İranın Azərbaycana qarşı hazır ki, siyasətinin bir neçə səbəbi var. İran tarix boyu ölkəmizə qarşı ayrı seçkilik münasibətində olub. İran qonşuluğunda güclü Azərbaycan istəməyib. Bununda əsas səbəblərindən biri Cənubi Azərbaycandaki soydaşlarımızın varlığıdır.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Kənan Novruzov bildirib.

Politoloq K.Novruzov açıqlayıb ki, İranın aqressiv siyasətinin əsas səbəblərindən biri də odur ki, Azərbaycanın regionda söz sahibinin olmasını qəbul edə bilməmək və Azərbaycan – İsrail münasibətlərinin inkişafıdır.

“Fars molla rejimi başa düşür ki, Azərbaycan kifayət qədər qüdrətli olandan sonra daxildəki azərbaycanlılar azadlıq tələb edəcəklər. Əgər İran əvvələr bunu gizlədə bilirdisə , İkinci Qarabağ müharibəsindən sonra bunu edə bilmir. Vətən müharibəsindən Azərbaycanın qalib gəlməsi Tehranı narahat etməyə başladı. İranın daxilində vəziyyət xaotikdir. Aksiyalar davam edir. Belə bir vəziyyətdə onlar istəyirlər ki, daxilindəki xalqların marağını başqa istiqamətə yönəltsin. İran Rusiyanın regiondaki təsir gücünün zəifliyindən istifadə edir.Tehran bu cür addımlarla regionda söz sahibinin olduğunu göstərməyə çalışır. Əlbəttə Azərbaycan cənub qonşusunun bir sıra addımlarına səssiz yanaşa bilməz. Son zamanlar Azərbaycanda terror aktlarının həyata keçirilməsini bütün yolları İrana uzanır. Bütün oxlar onu göstərir. Biz haqlı olaraq İran səfirliyinin 4 əməkdaşına ölkəni tərk etmək 48 saat vaxt verdik. Bu İran hakimiyyətinə cavab idi. Düşünürəm ki, bundan sonra da Azərbaycan İran münasibətləri gərginləşməkdə davam edəcək.Tehran Ermənistandan Azərbaycana qarşı istifadə etmək istəyir. Bir sözlə İran Ermənistanı idarə etməyə səylər göstərir. Hesab edirəm ki, fars şoviniziminin təxribatları davam edəcək. Çünki bu cür ölkələr gərginlik olmadan yaşaya bilmirlər. Şübhəsiz ki, Azərbaycan -İran münasibətlərinin gərginliyində maraqlı olan ölkələr var. Azərbaycan diplomatiyası, Azərbaycan prezidenti buna getməz”,- deyə o qeyd edib.

Fərahim Rəhimov