“Taliban”çılar Pəncşirin Annaba rayonunu ələ keçirdilərbackend

“Taliban” hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzindəki Annaba rayonunu ələ keçiriblər.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Əfqanıstanın “Ashwaka” agentliyi məlumat yayıb.

Məlumata görə, döyüşlərin əyalət qubernatorunun sarayı ərazisində gedir.

Bundan bir qədər əvvəl radikalların nümayəndəsi Bilal Kərimi “Twitter”də verdiyi açıqlamada “Taliban”ın artıq Pəncşirin Xinc, Annaba, Şotol və Paryan bölgələrinə nəzarət etdiyini bildirmişdi.