“Təcili yardım maşınlarımızı Xankəninə çatdrımaqla hər cür alicənablığa hazır olduğumuzu sərgilədik” – DEPUTATbackend

Dünən axşam Laçın-Şuşa-Xankəndi yolunda baş verən təxribatın, yəni Gorusdan gələn avtobusda uşaq, qadın və yaşlılarla yanaşı “hərbi xidmət”ə yararlı olanlarla “çəkiliş qrupu”nun da yer almasının nə məqsəd daşıdığını və arxasında kimin durduğunu bilmək üçün elə həmən günün səhəri dələduz Ruben Vartanyanın söylədiklərinə göz gəzdirmək yetir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Millət vəkili vurğulayıb ki, özünü pis hiss edən 3 sərnişinə ilk tibbi xidmət göstərib təcili yardım maşınlarımızda Xankəninə çatdrımaqla isə biz qüdrətli və böyük bir xalq kimi hər cür alicənablığa hazır olduğumuzu sərgilədik

“Qarabağa haradan və niyə göndərildiyi kimsəyə sirr olmayan bu statussuz təxribatçı dünənki açıqlamalarından birində narazılıq edirdi ki, soydaşları özünüqoruma instinktini itiriblər. Yəqin “özünüqoruma instinktini itiriblər” deyərkən o, hayların arasında Azərbaycana reinteqrsiya tərəfdarlarının getdikcə artmasını nəzərdə tutur ki, bu da Qarabağda mümkün qədər uzun lövbər salmağı planlaşdıranların heç ürəklərindən deyil. Ürəklərindən olmadığı üçün də bir tərəfdən Vardanyanı danışdırır, digər tərəfdən isə dinc adamlarla yanaşı avtobusa qanunsuz silahlı birləşmələrdə xidmət üçün göndərilənləri də doldurub gətirirlər.

Təbii ki, bizim aksiyaçılar bunun qarşısnı almalı idilər və aldılar da. Özünü pis hiss edən 3 sərnişinə ilk tibbi xidmət göstərib təcili yardım maşınlarımızda Xankəninə çatdrımaqla isə biz qüdrətli və böyük bir xalq kimi hər cür alicənablığa hazır olduğumuzu sərgilədik. Anlatdıq ki, oradakı insanlarını həm fiziki, həm də mənəvi baxımdan tam sağlam olmaları üçün əlimizdən gələni edəcəyik. Mənəvi sağlamlıq deyərkən “böyük ermənistan” və “miatsum” kimi xəstə zehniyyətdən əl çəkilməsini nəzərdə tuturam”,- deyə o qeyd edib.

Fərahim Rəhimov