Tövrat dilimizə tərcümə olundu – İlk dəfəbackend

Qədim yəhudilərin müqəddəs ilk beş yazı bükümünü – “Yaradılış”, “Çıxış”, “Levililər”, “Saylar”, “Qanunun təkrarı”nı özündə cəmləyən müqəddəs Tövrat kitabı ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb.

“Yeni Gündəm” xəbər verir ki, qədim ibrani dilində “Qanun”, “Təlim”, “Öyüd” mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib.

Kitabın tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçid, redaktoru – Bəhlul Abbasovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.