Tovuzda 43 yaşlı kişini ürəyindən bıçaqladılar – VİDEObackend

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

43 yaşlı Rzayev Azər Əşrəf oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanıb. İki bıçaq xəsarəti alan Azər Rzayev dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona döş qəfəsinin və kürək nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Cərrahi əməliyyat edilən Azər Rzayev Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyəti kafi qiymətləndirilir. Hadisəni kimin və hansı səbəbdən törətdiyi məlum deyil. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.